AFFA-nın təşkilatşılığı ilə keçirilən AFFA U-17 Qızlar Liqasının 2022/23-cü illər mövsümündə Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinin “Gömrükçü” komandası birinci yerə layiq görülüb.
11 komandanın qatıldığı liqanın final qarşılaşmasında “Gömrükçü” və Xaçmazın “İnter” komandaları üz-üzə gəlib.
Daha inamlı oyun nümayiş etdirərək rəqibini 5:0 hesabı ilə məğlub edən “Gömrükcü” 2022/23-cü illər AFFA U-17 Qızlar Liqasının qalibi olub. Balakənin “Dinamo” komandası isə mövsümü üçüncü pillədə tamamlayıb.
Həmçinin “Gömrükçü” komandasının üzvü Şəkər Piriyeva mövsümün ən yaxşı oyunçusu seçilib.