Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev səyyar görüş keçirib

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Xaqani kənd  sakinləri, Bəhrəmbağ qəsəbə sakinləri, Quşqara və Səmədli kənd sakinləri,   Mollacəlilli kənd sakinləri, Çaylı və Dozular kəndləri, Pənahlılar kənd sakinləri,  ilə səyyar görüş keçirib.

Xaqani kənd tam orta məktəbdə keçirilən səyyar görüşdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, YAP Göygöl rayon təşkilatının və hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. 

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və  platformasından istifadə etmələrini tövsiyə edib. 

Ofelya