Günay Ağamalı seçicilərini qəbul etdi

20 Sentyabr 2025-ci ildə Milli Məclisin deputatı Günay Ağamalının Neftçala rayon, Aşağı Surra kənd Sənətkarlıq evində vətəndaşlarla növbəti görüşü keçirildi.

İlk öncə müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi. 

Görüşün Dövlət Suverenliyi Gününə təsadüf etməsi xüsusi əhəmiyyətə malik olduğu üçün xanım deputat bu günün Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində bir dönüş nöqtəsi olduğunu diqqətə çatdırdı. 

Daha sonra Millət Vəkili qısa müddət ərzində görülmüş işlər və həllini tapmış müraciətlər haqqında görüş iştirakçılarına məlumat verdi. 

Ardınca, Millət Vəkili Günay Ağamalı vətəndaşların səsləndirdiyi müraciətlər və təklifləri dinlədi, onların həlli istiqamətində zəruri işlərin görüləcəyini və qanunvericiliyin tələblərini diqqətə çatdırdı.