Haaland "Real"ın diqqətində

İngiltərə çempionu, Avropa Superkubokunun qalibi, "Mançester Siti"nin 23 yaşlı norveçli hücumçusu Erlinq Haalandın ingilis olmayan klublar üçün transfer haqqı 100 milyon avrodur.

Sabahinfo.az xəbər verir ki, "Real Madrid" Erlinq Haaland üçün bu qədər pul ödəməyə hazırdır. Futbolçu da karyerasını Kral Klubunda davam etdirməyin əleyhinə deyil. 

 Transfermarkt Haalandın transfer dəyərini 180 milyon avro qiymətləndirir.