"Hakimlərin vəzifədə qalma müddəti ömürlük olsun" - Qüdrət Həsənquliyev

"Mən deputat olduğum dönəmlərdə təklif etmişəm ki, hakimlərin vəzifədə qalma müddəti ömürlük olsun".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, ömürlük yaş həddi təyin edilmirsə, hər bir hakim üçün eyni yaş həddi təyin olunmalıdır:

"Hakimlərin vəzifədən kənarlaşdırma məsələsinə yenidən baxılmalıdır. Onlar yalnız cinayət törətdikdə vəzifələrindən kənarlaşdırılmalıdır. Həmçinin hakimlərin maaşları da yüksəlsə, cəmiyyətdə ədaləti təmin etmiş olarlar. Bu ədalətin təmin olunması iqtisadiyyatın da inkişafı deməkdir".