"Biz Azərbaycanla koordinasiyadayıq. Onu da öyrənirik ki, bəzən Ermənistan bu məsələdə özünü narahat hiss edir. Ermənistanla normallaşma üzrə dialoqumuz ikitərəfli olsa da, hamımız bütün Cənubi Qafqazın sabitliyi üçün addımlar atmalıyıq. Ermənistan bu məsələdə bir az da cəsarətli olmalıdır, diqqəti yayındırmaq taktikasından əl çəkməlidir".
Sabahinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu avqustun 8-də Ankarada işə başlayan "Müdrik və mərhəmətli türk diplomatiyası" mövzusunda keçirilən XIII Səfirlər Konfransının bağlanışı ilə bağlı mətbuat konfransında deyib.