Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə hər zaman dövrün çağırışlarına yaradıcı münasibət göstərərək düzgün addımlar ataraq insanların ona bəslədiyi ümidləri doğruldub.
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Spiker bildirib ki, Ulu öndər dövlətimizin müstəqillik təməlini yaradıb və bunun üzərində qurulan müstəqil Azərbaycan dövlətini qoruyub saxlayıb.