Litvada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Vilnüsdə rəsmi qarşılanma mərasimi keçirilib.
Sabahinfo.az xəbər verir ki, bu barədə “Report”un Vilnüsə ezam olunan əməkdaşı xəbər verir.
Prezident sarayının həyətində fəxri qarovul dəstəsi düzülüb, Azərbaycanın dövlət başçısını və birinci xanımını Litvanın Prezidenti Gitanas Nauseda və Litvanın birinci xanımı Diana Nauseda qarşılayıblar.
Hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Daha sonra Azərbaycan və Litva prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.