İranda etiraz qurbanlarının sayı 434 nəfərə çatıb

ABŞ-da mənzillənən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) İranda etirazlarla bağlı məlumat yayıb. SABAHİNFO.AZ xəbər verir ki, məlumata görə, İranda etirazlar başlayandan bəri aksiya iştirakçıları arasında ölənlərin sayı 434-ə çatıb, insan haqları qrupu bildirir. O da qeyd olunur ki, bu müddət ərzində həbs edilənlərin sayı 17 mini keçib.

Saxlanılanlar arasında jurnalist, sənətçi, idman və ictimai fəalların olduğu deyilir. Hüquq müdafiəçilərinə əsasən, 150-yə yaxın şəhər və qəsəbələrdə hökumət əleyhinə çıxışlar olub.