“İran və Azərbaycan arasında ticarət balansı əvvəlki vəziyyətinə qayıtmalıdır”.
Bunu İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş bu gün Azərbaycana yola düşməzdən öncə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycan-İran Birgə Əməkdaşlıq Komissiyasının azərbaycanlı həmsədri ilə Astara şəhərində görüşüb və uğurlu razılaşmalar əldə edildi.
“İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədrinin iştirakı ilə bu gündən sərhəd-keçid məntəqəsinin tikintisi üzrə iş podratçısı fəaliyyətə başlayacaq. Körpünün tikintisini Azərbaycan tərəfi öz üzərinə götürüb, yolun tikintisini isə İran tərəfi” – deyə İranın yol və şəhərsalma naziri vurğulayıb.
Mehrdad Bəzrpaş həmçinin bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyində baş verənlərlə bağlı iş Məhkəmə sisteminin rəhbəri və prezidentin nəzarətindədir və yaxın vaxtlarda təqsirkar barəsində hökm çıxarılacaq.
Məlumat üçün əlavə edək ki, Mehrdad Bəzrpaşın Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, habelə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə də görüşü nəzərdə tutulur.