Köçəryan Ermənistanı tərk etdi

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ölkəni tərk edib.

Sabahinfo.az report-a istinadən xəbər verir ki, bu barədə onun ofisindən bildirilib.

Onun ölkədən çıxmasına məhkəmənin icazə verdiyi qeyd olunub. Onun hara getdiyi açıqlanmayıb. Amma bu ölkənin Rusiya olmadığı vurğulanıb.

R.Köçəryan avqustun 29-dək Ermənistandan kənarda olacaq.