"Barselona" baş məşqçisi Ronald Kumanla yollarını ayırıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 58 yaşlı mütəxəssis ötən gecə La Liqada "Rayo Valekano"ya uduzduqları matçdan (0:1) sonra istefaya göndərilib.
Qeyd edək ki, Kuman 2020-ci ildən bu komandanı çalışdırırdı.
Əlavə edək ki, "Barselona" bu mövsüm La Liqada 10 matçda 15 xal toplayıb və turnir cədvəlində 9-cudur.