Layihəyə yekun vuruldu

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Gənc-Marketoloq Reklamçılar İctimai Birliyinin həyata keçirdiyi Tovuz, Qazax və Ağstafa rayonu üzrə “Gənc sahibkar və fermerlərin maarifləndirilməsi üzrə aqrar bazarın öyrənilməsi” adlı layihəsi başa çatmışdır. Ağstafada həyata keçirilən tədbirdə rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsməliyev və Azərbaycan Gənc Marketoloq - Reklamçılar İctimai Birliyinin sədri Hafiz Əzəmmədov və iyirmi nəfər rayon gəncləri iştirak edib. Əvvəlcə layihə rəhbəri Hafiz Əzəmmdov çıxış edərək təşkilatın fəaliyyəti və layihə barədə ətraflı məlumat verib. H.Əzəmmədov çıxışı zamanı ölkə gənclərinin daima diqqət və qayğı ilə əhatə olunduğunu və bu kimi tədbirlərin gələcəkdə də davamlı olacağını bildirib. Layihə rayonda yeniyetmə və gənclərin sahibkarlığa olan marağının artırılması və yeni sahibkarların yetişməsinə dəstək verməkdir. Tədbirdə maraqlı diskussiyalar keçirilib və gənclərin marağına səbəb olub. Tədbirin sonunda iştirakçılara müxtəlif vəsaitlər paylanılıb.