Lənkəranda daha bir tiryəkxana tapılıb

Lənkəranda daha bir tiryəkxana aşkar edilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Səyavuş Babayevin yaşadığı evdən 1,89 qram heroin, 10,64 qram tiryək və 54 ədəd şpris aşkar edilərək götürülüb. Orada olan şəhər sakini Fariz Şiriyev və Fuad Cəfərov da saxlanılıb və S.Babayevin evdə tiryəkxana təşkil etməsi müəyyən edilib.