Lerikdəki uzunömürlülər muzeyi dünyada yeganədir...

Səfalı təbiəti, tarixi abidələri ilə tanınan Lerik uzunömürlülər diyarı kimi də məşhurdur. Dünyada yeganə Uzunömürlülər Muzeyinin Lerik rayonunda yerləşməsi də bununla əlaqəlidir.1991-ci ildə fəaliyyətə başlayan muzeyin yaradılmasının əsas səbəbi rayonda uzunömürlü insanların çox olmasıdır. İki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 500-dən çox lerikli haqqında 2min-dən artıq eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər nümayiş etdirilir. Burada dünyanın ən uzunömürlü sakini adını qazanmış Şirəli Müslümov, Mahmud Eyvazov və Məcid Ağayeva aid ayrıca stendlər yaradılıb. Lənkəran RMİ-nin tabeliyində fəaliyyt göstərən Uzunömürlülər Muzeyində yaşlı inanların fotoları, şəxsi əşyaları, əl işləri eləcə də etnoqrafik materiallar saxlanılır.  Direktor Dilarə Fətullayevanın bildirdiyinə görə, 2022-ci ildə muzeyin 1700-dən çox ziyarətçisi olub. Onların 300-dən  çoxu xarici turistlərdir. Ziyarətçilərə uzunömürlü insanların kimlik sənədlləri-pasportları göstərilib. Qeyd edək ki, 168 il yaşamış lerikli Şirəli Müslümov “ Ginnesin rekordlar kitabı” na düşüb.

 Enarə Həziyeva