2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Masallının Sığdaş kənd İstirahət mərkəzinin həyətində rayonunun Sığdaş, Babakücə, Xanalıyan, Ninəlov kəndlərinin seçiciləri ilə görüşdük.
Görüşdən əvvəl kəndin şəhidlərinin məzarlarını ziyarət edib, xatirələrini ehtiramla yad etdik.
Çıxışımda partiyanın seçki platforması haqqında məlumat verərək parlament seçkilərinin ilk dəfə ərazi bötövlüyü və suverenliyini tam bərpa etmiş Azərbaycanda keçirildiyinə diqqət çəkdim. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük uğurlar əldə etdiyini və regionda söz sahibi olduğunu vurğulayıb Azərbaycan üçün yeni dövr başladığını, yeni dövrün tələblərinə uyğun olaraq növbədənkənar seçkilərin labüdlüyündən danışıb, seçicilərin 1 sentyabrda fəallıq göstərəcəyinə əminliyimi bildirdim.