Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 21-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib.
Sabahinfo.az xəbər verir ki, meriya mitinqin keçirilməsini məqbul saymayıb.
Qeyd edilib ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi? 3155-ci ünvanda yerləşən Yasamal İdman-Sağlamlıq Kompleksinin stadionunda təmir işləri həyata keçirilir. Eyni zamanda metronun 28 May və Nəriman Nərimanov stansiyalarının qarşısındakı ərazilər əhalinin daha sıx hərəkət etdiyi metro çıxışları olduğu, nəqliyyatın intensiv hərəkət etdiyi hissələrdə yerləşdiyindən həmin məkanlarda toplantıların keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına səbəb olacaq.
BŞİH göstərilənləri, həmçinin Sərbəst toplaşmaq azadlığı haqqında qanunun 7-ci maddəsini nəzərə alaraq 21 aprel 2024-cü il tarixində planlaşdırılan mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib.APA