Moskva Kiyevlə danışıqlara hazırdır.
Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Prezident dəfələrlə deyib ki, bizim üçün əsas olan Ukrayna böhranı ilə bağlı məqsədlərimizə nail olmaqdır. Və təbii ki, biz bunu ilk növbədə siyasi və diplomatik vasitələrlə etməyə üstünlük verərdik. Ona görə də biz danışıqlara hazırıq", - diplomat açıqlayıb.