Muğam Mərkəzində “İtaliyanın skripka sənəti”

Martın 3-də, saat 18:30-da, Muğam Mərkəzində dünya şöhrətli skripka ustası, məşhur Stradivari, Qvarneri, Guadagnini üslubunda hazırlanan skripka alətlərinin müəllifi Klod Lebet, musiqişünas professor Maqda Pedaçe, İtaliyanın tanınmış violonçel ustası Perluici Rucero, bəstəkar və gitara ifaçısı Stefano Muskaritolo və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, pianoçu, bəstəkar Kəmalə Əlizadənin iştirakı ilə İtaliya skripka sənətinin təqdimatı olacaq. Azərbaycan-İtaliya Assosiasiyasından verilən məlumata görə, tədbirin təşkilatçıları Azərbaycan-İtaliya Assosiasiyası, İtaliyanın Azərbaycandakı səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Muğam Mərkəzidir.