Paşinyan Azərbaycanın tələb etdiyi 4 kənddən danışdı

Ermənistan ərazisində adları Azərbaycan mətbuatında yayılan kəndlər heç vaxt olmayıb. 

Sabahinfo.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib.

"Tavuş marzının kəndləri ilə bağlı heç vaxt söhbət olmayıb və ola da bilməz. SSRİ dövründə mövcud olan keçmiş sərhəd var, sərhədin o tayında olan Azərbaycandır, bu tərəfdə olan Ermənistandır", - Paşinyan qeyd edib. 

Xatırladaq ki, Azərbaycan ilk olaraq İrəvandan 4 kəndin qaytarılmasını tələb edib.