Peskov sülh müqaviləsinin imzalanması şərtlərini AÇIQLADI

Kiyev Rusiya tərəfinin bütün tələblərini yerinə yetirərsə, sülh planı mümkündür.

Sabahinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Xeyr, bizim Amerika jurnalında dərc olunan Ukrayna münaqişəsinin həlli planı ilə tanış olmaq imkanımız olmayıb. Sülh planına gəlincə, bəli, bu, Ukrayna Rusiya tərəfinin bütün tələblərini yerinə yetirdikdən sonra mümkündür", - Kremlin sözçüsü jurnalistlərin rəsmi Moskvanın Ukrayna münaqişəsinin sülh yolu ilə həlli planının ABŞ-ın “The National Interest” nəşrində dərc olunduğu məqalə ilə tanış olub-olmaması ilə bağlı sualına cavabında vurğulayıb.

“Rusiyanın hansı tələblərindən söhbət gedir?” sualına Peskov belə cavab verib: “Ukrayna hər şeyi çox gözəl bilir”.