“Ermənistan hələ də özünün sərsəm iddialarından əl çəkmək istəmir. Moskvada mayın 25-də keçirilən Ali Avrasiya İqtisadi Şurasında Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi əsassız iddialar bunu bir daha göstərir. Lakin Nikol Paşinyan yenə də öz cavabını aldı. Prezident İlham Əliyev ona sərt şəkildə faktlarla cavab verdi”.
Bu haqda Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova saytımıza fikirlərini bildirib.
Səadət Məhərrəmova deyib ki, Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasında cəsarətli çıxışı ilə bir daha hər bir soydaşımızı qürurlandırdı: “Cənab Prezident çıxşında Azərbaycanın Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdüyünü deyib. “Hər hansı təşəbbüslə çıxış etmək bizim hüququmuzdur”, - deyə dövlətimizin başçısı əlavə edib. Paşinyan isə Zəngəzur dəhlizini “ərazi iddiaları” adlandırıb. Bundan başqa o, Laçın yolunun Azərbaycan tərəfindən bağlandığını idda edib. Əlbəttə ki, Paşinyandan belə iddiaların səsləndirilməsi gözləniləndir. Paşiyanın yalanını Rusiya Federasiyasının Prezidenti Vladimir Putində üzə çıxararaq “lakin eşitdiyim kimi, Prezident Əliyev çıxışında məhz hələ 1991-ci ildə təsdiq olunmuş sazişlərlə uyğun şəkildə müvafiq sərhədlərin tanınması ilə bağlı şəraitin yaradılmasından danışdı” deyib. Azərbaycan Prezdenti də açıq şəkildə deyib: “Lakin Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur. Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır”. Bu o deməkdir ki, Paşinyan Moskvaya fantaziyalarla doldurulub gedib. Onun Kremilədəki bu iclasda hər bir replikası Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə mane yaradır”.