Rusiya prezidenti Vladimir Putin jurnalist Darya Duqinanın qətlini alçaq və qəddar cinayət adlandırıb.
Sabahinfo.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Darya Duqinanın ailəsinə göndərdiyi başsağlığı ilə bağlı teleqramda bildirib.
Putin qeyd edib ki, Darya Duqina insanlara, vətəninə vicdanla xidmət edib, Rusiyanın vətənpərvərinin nə demək olduğunu sübut edib.