Putinin nümayəndəsi: “Ukraynadakı əməliyyatlar Rusiyanın Suriyadakı mövcudluğuna təsir etməyəcək”

Rusiyanın Ukraynadakı hərbi əməliyyatları terrorizmlə mübarizə və Suriyadakı mövcudluğa təsir etməyəcək, Moskvadan Dəməşqə dəstək davam edəcək.

Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Rusiya KİV-ə müsahibəsində bildirib.

“Əlbəttə, bu, Suriya ilə bağlı hərəkətlərimizə birbaşa təsir etməyəcək. Biz ora (Suriyaya) terrorizmə və üzvləri keçmiş Sovet İttifaqı respublikalarından, o cümlədən Rusiya Federasiyası, Qafqaz regionlarından çıxmış terrorçu qruplara qarşı mübarizəyə kömək etmək üçün gəlmişik”, - A.Lavrentyev bildirib.

Rusiya Prezidentinin xüsusi nümayəndəsinin sözlərinə görə, Ukraynadakı hərbi əməliyyatlara baxmayaraq, Rusiya Suriya hökumətinə dəstəyini davam etdirəcək.