Qarabağ Universitetində yeni təyinat həyata keçirilib.
Sabahinfo.az xəbər verir ki, 2021-2023-cü illərdə Hökümətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Macarıstanın ən nüfuzlu universiteti olan Eötvös Lorand Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində Beynəlxalq Əlaqələr və Təhlükəsizlik ixtisası üzrə magistr təhsili alan Lalə Əliyeva Qarabağ Universitetində Beynəlxalq Əməkdaşlıq və Layihələr üzrə iş şöbəsinin Beynəlxalq Əməkdaşlıq sektorunun mütəxəssisi vəzifəsinə təyin olunub.
Lalə Əliyeva 1998-ci ildə anadan olub. ADA Universitetinin Dövlət və İctimai Münasibətlər fakültəsində Dövlət və İctimai münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb.