Qardaşım İlham Əliyevə "Togg" təqdim olunub, xeyirli olsun - Ərdoğan

“Qardaşım İlham Əliyev də Türkiyənin qüruru “Togg”u təhvil alıb. Xeyirli olsun. Allah gözəl günlərdə istifadə etməyi qismət etsin, qardaşım”.

Sabahinfo.az xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkənin ilk yerli elektromobili “Togg”un Azərbaycan Prezident İlham Əliyevə təqdim olunması ilə bağlı paylaşım ında yer alıb.

Qeyd edək ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.