16 İyul 2024
16 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi “Yaş əngəl tanımır” adlı layihə çərçivəsində Qax rayonunda tədbir keçirildi .
Tədbirdə “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi sədri İradə Nəsirova , layihə rəhbəri Yeganə Ağazadə, psixoloq Arzu Səlim, “Gələcəyə Baxış”Aİ ictimai birliyinin sədri Bəsti Nəsibova iştirak etdilər.
Tədbiri Bəsti Nəsibova acaraq ahıllar salamladı.Bəsti Nəsiboba bildirdi ki, uşaqlığın sonu qocalıq… Bəlkə də ona görə ömrün qocalıq çağını yaşayanlar uşaq kimi kövrək olurlar. Müəyyən yaş həddində əmək qabiliyyətli, normal insanlar belə, özlərini yaşı keçmiş, qoca hesab edirlər. Statistik məlumatlar da bunu göstərir. Əgər bu gün hansısa əcnəbi 95 yaşlı qarı akademiyaya qəbul olunursa, 70 yaşlı qoca alpinistlik edirsə, deməli, hər bir yaşda bu cəmiyyətin fəal üzvü ola bilərsən. Əgər insan düşünmə və əmək qabiliyyətini itirməyibsə, özünün cəmiyyətə lazım olduğunu dərk edirsə, onda bu prosesin qarşısını da almaq asanlaşar. Ekspert ahıllara müraciət edərək bu fikirlə razı olub-olmadıqlarını soruşdu.
Ahıllardan Fatimə xanım bildirdi ki, o neçə illər məktəbdə kimya müəllimi işləyib və pensiyaya çıxandan sonra evdə uşaqları yenə də məşğul olur və bu işi həvəslə edir. Rəsulov Vaqif isə bildirdi ki, hansı yaşda olursan ol sağlam olduqdan sonra hər bir işi görmək olar və həyatı doya doya yaşamalıyıq. Sonda psixoloq Arzu Səlim ahıllara açıq havada çox olmağın, bəzi idman növləri ilə məşğul olmağı tövsiyə etdi. Sonda psixoloq ahıllarla fərdi şəkildə söhbət etdi.