15 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi “Yaş əngəl tanımır” adlı layihə çərçivəsində Qax rayonunda tədbir keçirildi.
Tədbirdə “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirova , layihə rəhbəri Yeganə Ağazadə, psixoloq Arzu Səlim, “Gələcəyə Baxış” Aİ ictimai birliyinin sədri Bəsti Nəsibova iştirak etdilər.
Layihə rəhbəri layihə və donor təşkilat haqqında ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verdi.
Müasir dövrdə baş verən sürətli inkişaf, informasiya kommunikasiya texnologiyalarının tərəqqisi, ayrı-ayrı sahələrdə həyata keçirilən innovasiyalı proseslər müasir dövrün tələblərinə cavab verən yeni yanaşmaların mövcudluğunu tələb edir. Ekspert Bəsti Nəsibova yaşlı insanların müasir texnologiyadan necə istifadə etmələri barədə məlumat verdi. Telefondan necə istifsdə etdiklərini, sosial şəbəkələrdən istifadə edib etmədikləri barədə sual verdi. Bəzi yaşlılar telfondan istifadə etmədiklərini və gənclərin də bundan şox istifadə etdiklərini dedilər. Muradov Əbdüləi isə bildirdi ki, o sosial şəbəkədən istifadə edir və bu onun üçün rahatdır.
Psxoloq A.İmanova yaşlı insanlara sosial şəbəkələrin zərərindən və faydalı tərəflərini açıqladı. Psixoloq müasir gənclərin internetdən daha çox istifadə etdiklərindən və yaşlı insanları bunu xoşlamadığından bəhs etdi.
Sonra mövzu ətrafında çay süfrəsi arxasında müzakirələr oldu.