Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ali Avrasiya İqtisadi Şurasının ( Aİİ ) iclasında və Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa gedib.
Sabahinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Aİİ ölkələrinin liderləri inteqrasiya proseslərinin gələcək inkişafı üçün əsas vəzifələri və əsas istiqamətləri müzakirə etməyi planlaşdırırlar", - deyə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Ermənistan və Belarus liderləri də Sankt-Peterburqa gediblər.