Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətini iyunun 12-si saat 9:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olub. 12-si gecə və səhər yağıntılarda fasilə olub.
Xidmətdən Sabahinfo.az-a bildirilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 33.0 mm, Daşkəsəndə 13.0 mm, Qubada 10.0 mm, Lerik, Qrız, Şahbuz, Şərur, Balakən, Şəki, Qusar, Xaltan, Lənkəran, Astara, Şuşada 4.0 mm-dək olub.
Yağan leysan yağış nəticəsində saat 16:10 radələrində Quba rayonu ərazisindən axan Vəvələçay-Təngəaltıdan, saat 16:30 radələrində isə Qaraçay-Rük, Vəlvələçay-Afurcadan sel keçib.
Biləsuvar, Şərur, Lerikdə duman müşahidə olunub.
Havanın temperaturu iyunun 11-də iqlim normasından 3.8 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-35 dərəcə isti, Naxçıvan MR-da 32 dərəcəyədək isti, dağlıq rayonlarda 23-27 dərəcə isti, aran rayonlarında 35 dərəcəyədək isti olub.