Region üçün iki önəmli ölkə Azərbaycan-Gürcüstan    

Azərbaycan yürütdüyü xarici siyasətdə mehriban qonşuluq, strateji tərəfdaşlıq və iqtisadi inteqrasiya məsələlərinə xüsusi önəm verir. Bu siyasət nəinki ölkələr arasında eyni zamanda region üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Gürcüstan münasibətlərinin təməlində Mehriban qonşuluq siyasəti ilə yanaşı beynəlxalq əhəmiyyətli enerji xəttlərinin və transit dəmir yollarının Bakı ilə yanaşı Gürcüstandan keçməsidir. Dövrün tələblərinə uyğun olaraq həyata keçirilən bu layihələr ölkəmizin inkişafı ilə yanaşı Avropanın enerji təhcizatında xüsusi yer tutur. 
 Gürcüstanın Baş naziri İrakli Kobaxidzenın yanvar ayında ölkəmizə səfəri də əlaqələrin inkişafı və yeni əməkdaşlığın perpektivləri kimi dəyərləndirilməlidir. Onu da xatırlatmaq yerinə düşər ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlament seçkilərindən sonrakı ilk xarici səfərinin Azərbaycana edib. 
Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollarlıq sərmayə qoyub ki, bu da qonşu ölkədə yaradılan müsbət sərmayə mühitinin və hər iki tərəfin qarşılıqlı maraqlarının əksidir. Azərbaycan investorlarının Gürcüstanda aktiv fəaliyyəti, iqtisadi sahədə əlaqələrin daha da dərinləşəcəyinə işarədir.
İki ölkə beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT, GUAM və QDİƏT çərçivəsində sıx əməkdaşlıq edirlər. Ölkələrimiz bir-birinin milli maraqlarını və ərazi bütövlüyünü dəstəkləyir, bu isə münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verir. Azərbaycan və Gürcüstan arasında bağlanmış 123 sənəd, iki ölkə arasındakı münasibətlərin möhkəm hüquqi bazasını təşkil edir. Bu sənədlər əməkdaşlığın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradır.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı