Regionlarda yaradıcı sənayenin inkişafına dair növbəti maarifləndirici təlim Şəkidə keçirildi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə 2024-cü qrant müsabiqəsi üzrə maliyyələşən "Regionlarda yaradıcı sənayenin inkişafında yeni yanaşma və çağırışlar" adlı layihə çərçivəsində “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən bölgələrdə nəzərdə tutulan növbəti maarifləndirici təlim Şəki şəhərində təşkil olundu.

3 regionda həyata keçirilən layihənin əsas ideyasını bu regionlarda milli yaradıcı sənaye - misgərlik, dulusçuluq (keramika), həsir (səbət) toxuma və digər xalq sənətkarlığının inkişafına peşəyönlü gənclərin marağını artırmaq, onları bu sahəyə stimullaşdıraraq onların bacarıq və təcrübələrini artırmaq və bu yaradıcı sənayenin təbliği, beynəlxalq miqyasda tanınması üçün fəaliyyət göstərən peşəkar sənətkarlara müasir İKT, PR, SMM kampaniyasının aparılması yollarını aşılamaqla mədəni və yaradıcı sənayenin dirçəldilməsinə və tərəqqisinə yardım göstərməkdir.

İcra planına uyğun İsmayıllı rayonunda Dövlət Peşə Təhsil Mərkəzində peşəyönlü gənclər üçün təşkil olunana təlimə 30 nəfər qatıldı. 2 günlük maarifləndirici tədbirin açılışında layihə rəhbəri, ADTGT İctimai Birliyinin sədri Asif Əsgərli, layihə eksperti, ADTGT İctimai Birliyinin icraçı direktoru Gülnarə Bağırova, Şəki Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şahin Şirinzadə və Şəki şəbəkə sənətinin görkəmli nümayəndəsi Hüseyn Hacımustafazadə iştirak edirdi.

Layihənin regionlarda mədəni və yaradıcı sənayenin inkişafına, bölgə gəncləri arasında bu sənətkarlıq sahələrinə stimul yaradacağını və ölkəmizin bu yaradıcı sənayesinin tantımı və təbliğində əhəmiyyətli rol oynayacağını qeyd edən çıxışçılar gənclərdə motivasiya yaradan bilgi və bacarıqları qeyd etdilər.

İnteraktiv təlimdə gənclərə yaradıcı sənayenin inkişafında yeni yanaşma və çağırışlar haqqında geniş məlumatlar verildi və onların xalq sənətkarlığının təbliğinə verə biləcəkləri töhfələr aşılandı. Təlimdə gənclərin sualları və təklifləri müzakirə olundu və qiymətləndirmə aparıldı.

Təlimlərin yekununda layihə davamlılığı və yaradıcı sənayenin dayanıqlı inkişafı üçün maarifləndirici sosial çarxların çəkilməsi, gələcək  informasiya və təcrübə mübadiləsi üçün əməkdaşlıq şəbəkəsinin qurulması və bu sahələrin inkişaf perspektivinə dair təklif və tövsiyyə hazırlanmasını da nəzərdə tutulur.