Rəşad Mahmudov növbəti dəfə seçiciləri ilə görüşdü

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov Astarada növbəti vətəndaş qəbulu keçirmişdir. Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının qərargahında baş tutan görüşdə dilə gətirilən problemlərin bir çoxu yerindəcə həllini tapmış, geri qalan məsələlər isə aidiyyəti üzrə qurumlara yönləndirilmiş və nəzarətə götürülmüşdür.