"Rusiya başqa ölkələrin arxasınca qaçmayacaq və Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni təklifini irəli sürməyəcək".
Sabahinfo.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra bildirib.
"XİN-in roluna gəlincə: biz heç kimin arxasınca qaçmaq fikrində deyilik. Səfirlərimiz prezidentin nitqinin mətnini müfəssəl olaraq müvafiq paytaxtlara çatdıracaqlar", - deyə nazir bildirib.