Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini yaxınlaşdırmır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç brifinqdə deyib. Onun sözlərinə görə, qoşunlarının təmas xəttində baş verənlər təşviş yaradır və ATƏT-in bütün iştirakçı dövlətlərinin çalışdığı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə yaxınlaşdırmır: "Rusiya münaqişənin nizamlanmasında aktiv rol oynayır və bu, təkcə həmsədrlər deyil, həm də ikitərəfli təmaslarda edilir".