Sabahinfo.az–ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına
görə, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 5000 kv.m hal-hazırda
sökülməkdə olan, taxta konstruksiyalardan ibarət ictimai iaşə evinin yanar
konstruksiyaları 200 kv.m sahədə yanıb.
İctimai iaşə evinin qalan hissəsi
yanğından mühafizə olunub. Yanğın saat 07:20-də yanğınsöndürənlər tərəfindən
söndürülüb.
Qeyd edək ki, yanan binanın
əvvəllər mədəniyyət klubu kimi fəaliyyət göstərdiyi bildirilir.