Salyanda RİH başçısının səyyar qəbulları davam edir

Qardili kənd tam orta məktəbinin binasında keçirilən səyyar qəbulda RİH başçısı aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. RİH başçısı Rüstəm Xəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, həyata keçirilən infrastruktur layihələri və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat vermişdir. Səyyar qəbulda müxtəlif məzmunlu təklif və müraciətlərlə çıxış edən vətəndaşlar dinlənilib, onların qaldırdıqları hər bir məsələ qeydiyyata alınaraq nəzarətə götürülüb. RİH başçısı məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.