Şərəfli tarix

20 yanvar Azərbaycan tarixində təkcə faciə deyil, həm də azadlıq istəyinin oyanış günüdür. Bu uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 1990-cı il yanvarın 19 - dan 20 – nə keçən gecə Bakıda Sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qırğını törətməkdə məqsəd Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğurunda mübarizliyini məhv edib sındırmaq idi. Sovet ordusu qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və rayonlarında 146 nəfər öldürülmüş,744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polislər olmuşdur . Həmin gecənin dəhşətinə dözə bilməyən Ulu öndər Heydər Əliyev xalqına dayaq oldu.O vaxt Moskvada yaşayan Heydər Əliyevin yanvarın 21- de Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu kədərə şərik çıxması, Sovet rəhbərliyinin Bakıda törətdiyi hərbi cinayəti pisləməsi xalqımıza böyük dayaq oldu. Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi.
Bu gün də Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 yanvar faciəsində qətilə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər keçrilir.
Bu il xalqımız 20 yanvar hadisələrinin 32- ci ildönümü qeyd edir, igid övladlarının fədəkarlığını sevgi ilə xatırlayır,onların əziz xatirəsini böyük ehtiramla yad edir.
Şəhidlərimiz azadlığımızın ,müstəqilliyimizin milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərin də qürur mənbəyi olacaqdır.

Leyla Allahverdiyeva