“Sizin təhsil bələdçiniz-distant təlimlər” layihəsi uğurla icra edildi - FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirillən “Sizin təhsil bələdçiniz-distant təlimlər” layihəsi uğurla icra edildi.

Layihədə Bakı şəhərində yerləşən ali və orta ümumtəhsil məktəblərindən yeniyetmə və gənclər iştirak etdi.

Tədbir zamanı videoçarx təqdim olundu. Videoçarxda saytda qeydiyyat qaydaları, kursları axtarış metodları, ödənişli kurslarda ödəniş üsulları, mobil tətbiqdən istifadə qaydaları, PowerPoint təqdimatları, PDF sənədləri, səs sənədləri, zip sənədləri və dərsləri şəxsi hesabınıza necə yükləməli olduğu, ödənişli kursları 100% endirimlə necə əldə etmək olar? və s. kimi detallar izahlı şəkildə öz əksini tapıb.

Qeyd edək ki, “Sizin təhsil bələdçiniz-distant təlimlər” layihəsi Odlar Yurdu Universitetində həyata keçirildi. Təlim zamanı qeyd olundu ki, UDEMY platformasından yararlanan istifadəçilər müxtəlif Veb dizayn kursları, bizneslə əlaqəli kurslar, dizayn, IT və proqram təminatı, marketinq, fotoqrafiya, səhiyyə və fitness, musiqi, akademik və s. kimi bir sıra kursların dərslərinə qoşulmaq üçün ödənişsiz qeydiyyatdan keçərək, kursu bitirdikdən sonra da Sertifikatla təltif oluna bilər. Bu da onların gələcəkdə yaxşı işlə təmin olunmalarına fürsət yaradacaq.

Daha sonra layihədə iştirak edən hər bir iştirakçı Sertifikatla təltif olundu.