“Demokratik Suriya Qüvvələri” kürd alyansı Rusiyadan kömək istəyib.
Alyans dövlətin şimal-şərqindəki birləşmənin nəzarətində olan əraziləri qorumaq üçün Dəməşq hakimiyyəti ilə danışıqlara nail olmaq istəyir və bu səbəbdən Rusiyanın köməyinə üz tutub.
Bu barədə “Demokratik Suriya Qüvvələri” alyansının nümayəndəsi Aram Xan məlumat verib.
“Biz Rusiya nümayəndələrindən müqaviləmizin təşəbbüskarı kimi çıxış etmələrini xahiş etdik. Bu müqavilə ərazimizin qorunması üçün Dəməşqin rəsmi hakimiyyət orqanları ilə hərəkətlərin koordinasiyasını nəzərdə tutur”, - deyə o bildirib.
Qeyd olunur ki, Rusiya tərəfi ilə görüş keçirilib və görüş çərçivəsində “Demokratik Suriya Qüvvələri” alyansına Türkiyənin şərtləri təqdim edilib. Alyans öz növbəsində təkliflərlə razılaşmayıb.