"Zori Balayan Xocalı soyqırımı ilə əlaqədar uşaqları necə yandırdığını, borulara necə doldurduğunu öz kitabında yazıb. Zori Balayan kitabında bunu təqdim edib".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Balayanın azərbaycanlılara qarşı özləri etiraf etdiyi cinayətləri Avropa Məhkəməsinə təqdim etməliyik: "Bunu biz demirik, özləri etiraf edir. Deyir türklərə qarşı nifrətim var, onlara qarşı bu əməlləri törətmişəm”.
Siyavuş Novruzov qeyd edib ki, bu gün ən böyük terror mənəvi terrordur: “AŞPA-da, Avropa parlamentində Azərbaycana qarşı mənəvi terror edirlər. Biz indi “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”u təsdiq edirik, amma qarşılığında vəsatət qaldıraq ki, adekvat cavab versinlər. Milli Məclisdə oturan deputatlar, biz heç kimin daxili işlərinə qarışmırıq. Biz də tələb etməliyik ki, siz də bizim daxili işimizə qarışmayın. Bizə qarşı olan ədalətsiz hücumların qarşısı alınmalıdır”.