Tələbələr "milli ideyanın yeni hədəfləri" mövzusunda maarifləndirildi

“Mədəni İnkişaf və Dialoq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə həyata keçirdiyi “Müasir dövrdə milli ideyanın yeni hədəfləri” layihəsi çərçivəsində növbəti 5-ci tədbiri reallaşdırıb.

02 oktyabr 2025-ci il tarixində Bakının Yasamal rayonunda yerləşən Azərbaycan Dövlət Pedoqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedoqoji Kollecində tədbir keçirilib.

Tədbirdə kollecin Sosial məsələlər və İctimaiyyətlə əlaqələr üzrı direktor müavini Sevda Axundova başda olmaqla kollecin müəllim heyəti, o cümlədən tərbiyyə işləri üzrə direktor müavini Nigar Şirəliyeva, müxtəlif fənn müəllimləri – Mətanət İsmayılova, Aygün Quliyeva, Akif Əliyev və tələbələr iştirak ediblər.

Öncə Azərbaycanın Dövlət himni səsləndirilmiş, vətən müharibəsində həlak olmuş şəhidlər anılmışdır. Tədbiri giriş sözü ilə kollecin Sosial məsələlər və İctimailyyətlə əlaqələr üzrə direktor müavini Sevda Axundova açaraq, mövzunun əhəmiyyətindən danışmış və tədbirin Respublika Prezidenti İ.Əliyevin 2025-ci ili “Konstitutsiya və suverenlik ili” elan etdiyi bir dövrdə keçirilməsini xüsusi vurğulamışdır.

Sonra o, məruzəçi professor Rəna Mirzəzadəni təqdim edərək, sözü ona verib. Rəna Mirzəzadə “Müasir dövr, milli ideya, yeni hədəflər” mövzusunda ətraflı çıxış edib. Mövzu ətrafında iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb.

Yekunda Sevda Axundova maraqlı və aktual mövzuda tədbir üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, ictimai təşkilatatın nümayəndələrinə öz təşəkkürünü bildirib. Cavab olaraq professor Rəna Mirzəzadə yaradılmış şərait üçün liseyin rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.

Image 4 of 4

Image 2 of 4