Tələbələrə Zəfər yolundan danışıldı

Mədəni İnkişaf və Dialoq İctimai Birliyi Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə həyata keçirdiyi “Zəfər Yolunun hədəfləri azərbaycançılıq birliyi işığında” layihəsi çərçivəsində aprelin 14-də Dövlət Mədəniyyət və İncəsənət Universitetində növbəti maarifləndirmə və məlumatlandırma seminarını keçirib.

Tədris müəssisəsinin rəhbərliyinin təşkilatı dəstəyi ilə Universitetin kitabxanasında təşkil olumuş seminar-treninqdə “Kulturologiya” fakultəsinin dekanı, dosent Vasif Adilov, “Muzeyşünaslıq”, “Sosial fəaliyyətin idarə olunması” və “Sosial fənlər” kafedralarının müdirləri, dosent Yeganə Eyvazova, professor Mübariz Süleymanlı və dosent Xaləddin Sofiyev, eləcə də fakültəsinin tələbələri iştirak ediblər.

Seminarı giriş sözü ilə "Kulturologiya” fakültəsinin dosenti Aygün Eyvazlı açaraq, tədbirin əhəmiyyətini vurğulamış və seminar aparıcılarını təqdim edib.

İlk olaraq məruzəçi professor Rəna Mirzəzadə “Zəfər Yolunun hədəfləri” mövzusunda çıxış edib. Daha sonra ikinci mühazirəçi fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov “Azərbaycançılıq birliyiyi və 44 günlük müharibənin qələbə ilə başa çatmasına müsbət təsiri ” mövzusunda çıxış edib. Hər iki mövzu aktuallığı ilə əlaqədar maraqla qarşılanıb. Bu mövzular ətrafında iştirakçılarla fikir mübadiləsi aparılıb.

Yekunda Bayram Aslan maraqlı aktual mövzuda tədbir üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, ictimai təşkilatatın nümayəndələrinə öz təşəkkürünü bildirib.

Cavab olaraq professor Rəna xanım Mirzəzadə yaradılmış şərait üçün Universitetin və Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkür edib.