Türkiyədə həyəcan: İŞİD hücum hazırlığı görür

Türkiyənin Qaziantep şəhərində İŞİD-in bir neçə üzvü hücuma hazırlaşırmış.
 
Sabahinfo.az bu barədə  Türkiyə mediası məlumat yayıb.
 
Məlumatda qeyd edilir ki, bir neçə terrorçu Qaziantepdə terror olayları törətmək üçün hazırlıq görüb. Öncədən hücum planından xəbər tutan Türkiyə xüsusi təhlükəsizlik xidməti 4 terrorçunu zərərsizləşdirməyi bacarıb.
 
İŞİD-çilərlə təhlükəsizlik qüvvələri arasında atışma baş verib. Nəticədə terrorçuların olduğu iki avtomobildən biri vurulub, 4 terrorçu isə öldürülüb. Digər avtomobildə olan terrorçular isə olay yerindən qaçmağa müvəffəq olub.