“Üçüncü dünya müharibəsi yaxınlaşır”.
Sabahinfo.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş İstanbul universitetinin 2023-2024-cü il tədris ilinin açılışında çıxışı zamanı deyib.
O bildirib ki, planet sürətlə bu təhlükəyə doğru gedir: “Əgər bəziləri ambisiyalarından imtina etməzsə, üçüncü dünya müharibəsi başlayacaq. Biz buna qarşıyıq. Biz sülhün, danışıqların tərəfdarıyıq”.