Bildiyiniz kimi bu il - yəni, 2023-cü il Uu Öndər-Heydər Əlirza oğlu Əliyevin 100 illik yubiley ilidir. Ulu Öndərin bu millət, bu xalq üçün etdikləri danılmazdır. Belə ki, istər keçmiş SSRİ dövründə Azərbaycan Respublikasının bir başbiləni, başçısı kimi, istərsə də 1993-cu ildə, hərcmərcliyin tuğyan etdiyi, baş alıb getdiyi bir vaxtda yenidən hakimiyyətə qayıdışından sonra Ulu Öndərin bu dövlətə verdiyi töhfələr danılmazdır, necə də ürəkaçandır.
Ulu Öndər bu xalqın xilaskarı, görən gözü, sönməz ulduzu, şəfəq saçan günəşi, qaranlıq gecəni nura boyayan hilalı, nurüzlü, qonur gözlü camalıdır. Nə yaxşı ki, o zaman Ulu Öndər xalqın istəyi ilə hakimiyyətə qayıdış etdi. Elə bu möhtəşəm qayıdışı ilə də baş alıb gedən anarxiyaya, özbaşnalığa son qoyaraq ölkə daxilində sabitlik yaratdı. Məhz belə itibaxışlı, dərin zəkalı, uzaqgörən bir fenomen şəxsiyyət bu sabitliyi yarada bilərdi, yaratdı da.
Ulu Öndər minilliklər boyu dədə babalarımızdan bizə miras qalan bu dövlətin yenə də var olması və gəlləcək nəsillərə ötürüllməsi üçün möhtəşəm bir imza atdı - Ulu Öndər, Heydər Əliyev imzası...
Heydər Əliyev bu imza ilə nəinki ölkə daxilində o cümlədən, dünya miqyasında öz sözünü dedi və Azərbaycanın adını xarici ölkələrdə şərəflə ucaltdı. Ulu Öndərin unudulmaz, yaddaşlara həkk olan aforizmləri, müdrük kəlamarı vardır. Bu müdrük kəlamlardan biri də öz milləti, öz xalqı ilə fəxr edərək, "Mən fəxr edirəm ki, azərbaycanlıyam"-deməsidir.
Mən də bir şairə Nazlı Yazar olaraq bu müdrük kəlamdan fərahlanaraq Qarabağın-Şuşanın azad olması sevincimi sanki Ulu Öndərlə bölüşürəmmiş kimi, belə bir poema yazdım "Ulu Öndər-Şuşa azad olan gün!" poemasını. Və biz Beynalxalq İnformasiya Aleansı, eləcə də Ulu Öndər-Heydər Əliyev yolu-Əbədi Yol qəzeti ilə birlikdə bu poemaya videoçarx hazırladıq. Hazırladığımız videoçarxı da Sabahinfo.az saytda sizinlə paylaşıram.
Nazlı Yazar