Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən polis mayoru Əhməd Məlikov Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə rəis təyin olunub.
Qeyd edək ki, Ə.Məlikov bu təyinata qədər Xətai RPİ-nin 37-ci Polis Bölməsində rəis müavini vəzifəsində çalışıb.