Sabahinfo.az–ın
məlumatına görə, əvvəlcə
Android əməliyyat sistemi üçün istifadəyə verilən WhatsApp səsli axtarış yaxın
zamanda iOS üçün də tətbiq olunacaq.
WhatsApp-ın səsli axtarış funksiyasını istifadə edə
bilmək üçün kiçik bir əməliyyata ehtiyac var.
Mobil cihazlarından WhatsApp-ın rəsmi internet səhifəsinə
girən istifadəçilər buradakı download (yüklə) düyməsinə basaraq yeni versiyası
cihazlarına yükləyirlər.
Yeni xüsusiyyətin iOS və BlackBerry kimi
platformalara nə zaman gələcəyi haqqında isə hələlik rəsmi bir şərh yoxdur.