"Rusiya sülhməramlı qüvvələri Qarabağı vaxtından əvvəl tərk edir. Bizim beynəlxalq platformalarda ünsiyyətdə olduğumuz xarici deputat və diplomat həmkarlarımızın hamısı Azərbaycanın bunu edə bilməyəcəyi, Rusiya qüvvələrinin Qarabağdan çıxmayacağını bildirirdi".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
"Biz isə cavabında “yaşayarıq, görərik” deyirdik. Və hər kəs gördü. Hamının “mümkünsüz” dediyi şey bir daha Azərbaycanda “mümkün” oldu. Həm də dost qalaraq, milli maraqları tam təmin edərək. Bu hadisə bir daha Azərbaycan Prezidenti cənab İlham Əliyevin tək müdrik deyil, eyni zamanda, çox peşəkar, incə siyasət yürüdən və indiyə qədər heç kimin sahib olmadığı bir dövlət xadimi istedadına sahib olduğunu dünyaya sübut etdi. Biz buna əmin idik. Qoy dünya da əmin olsun", - deyə komitə sədri bildirib.