Xətaidə 6 mərtəbəli binada yanğın olub

Bakı şəhəri, Xətai rayonunda altımərtəbəli binada yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 600 kv.m olan zirzəmisinə yığılmış tikinti materialları 20 kv.m sahədə yanıb. Binanın zirzəmisində olan digər tikinti materialları və bina yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.